İDMAN
“NEFTÇİ” İDMAN SAĞLAMLIQ MƏRKƏZİNİN YETİRMƏLƏRİ AZƏRBAYCAN ÇEMPİONATLARINDA UĞURLA ÇIXIŞ ETMİŞLƏR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, bu günlərdə başa çatmış boks və ağır atletika üzrə ölkə çempionatlarında şirkətin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən “Neftçi” İdman Sağlamlıq Mərkəzinin (İSM) idmançıları yüksək nəticələr göstərmişlər. Boks üzrə Azərbaycan çempionatında İSM-nin idmançıları 1 qızıl, 3 gümüş və 7 bürünc medal qazanaraq komanda hesabında 3-cü yeri tutmuşlar. “Neftçi” İSM-nin icraçı direktoru Sadıq Sadıqova Azərbaycan çempionatının kuboku və fəxri fərman təqdim olunmuşdur.
Milli Aviasiya Akademiyasının idman kompleksində təşkil olunmuş ağır atletika üzrə Azərbaycan çempionatında isə İSM-nin idmançıları fəxri kürsünün hər üç pilləsinə sahib olmuşlar. Ümumilikdə, İSM-nin idmançıları 4 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq qeyri-rəsmi komanda hesabında birinci yeri tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]