“NEFTÇİ” KOMANDASINA ÖLKƏ ÇEMPİONLARININ QIZIL MEDALLARI TƏQDİM OLUNMUŞDUR
AzerTAg.az
İyulun 9-da “Hyatt Recensi-Naxçıvan” mehmaxanasında ölkə çempionu və Azərbaycan kubokunun sahibi “Neftçi” futbol klubunun şərəfinə mərasim keçirilmişdir.
AFFA-nın prezidenti Ramiz Mirzəyev komandanın oyunçularını və məşqçilərini təbrik edərək bildirdi ki, bu gün, idmanın digər növləri kimi, futbol da dinamik inkişaf edir.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bədən tərbiyəsi və idmanın inkişafına böyük əhəmiyyət verir. Son illər respublikada dünya standartlarına cavab verən idman obyektləri istifadəyə verilmişdir. Azərbaycanda dünya və Avropa çempionatları, beynəxalq turnirlər keçirilir. Təkcə bu il altı belə turnir təşkil olunmuşdur.
Sonra AFFA prezidenti Azərbaycan çempionatının və ölkə Kubokunun qızıl medallarını komandanın oyunçularına və məşqçilərinə təqdim etdi.
“Neftçi” komandasının məşqçiləri və oyunçuları idmançılara göstərilən daimi qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Xəbərin mətnində orfoqrafik səhv var