İDMAN
“NEFTÇİ” ÖLKƏ KUBOKUNUN DÖRDDƏBİRFİNALINA ÇIXMIŞDIR
Noyabrın 19-da Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda “Neftçi” (Bakı) və “Gənclər birliyi” (Sumqayıt) komandaları arasında ölkə Kuboku uğrunda ikinci görüş keçirilmişdir. Ötən həftə keçirilən birinci görüşdə sumqayıtlılar 2:1 hesabı ilə qələbə qazanmışdılar.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, görüş gərgin və maraqlı mübarizə şəraitində keçmişdir. Bakılılar ikinci hissədə meydan sahiblərinin qapısından iki top keçirərək, qələbəni təmin etmişlər.
Beləliklə, iki görüşün yekunlarına əsasən, Bakının “Neftçi” komandası ölkə Kuboku yarışlarının dörddəbir finalına vəsiqə almışdır.