İDMAN


“NEFTÇİ” REYTİNQ CƏDBƏLİNDƏ144-CÜ, “BAKI” İSƏ 205-Cİ YERİ TUTUR

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (BFTSF) 2005-ci ilin yekunlarına əsasən, dünyanın 350 ən yaxşı klubunun reytinq sihayısını açıqlamışdır. Ölkəmizi “Birlik” kuboku turnirində təmsil edəcək “Neftçi” komandası 99,5 xalla Rusiyanın “Krılya Sovetov”, Yunanıstanın “PAOK”, Almaniyanın “Borussiya” Dortmund və digər klubları geridə qoyaraq, 144-cü pillədə qərarlaşmışdır. Xatırladaq ki, əvvəlki siyahıda “Neftçi” 194-cü yeri tutmuşdu. “Bakı” klubu isə 84 xalla 273-cü yerdən 205-ci yerə yüksəlmişdir.

Bununla yanaşı, BFTSF 80-dək ölkənin futbol çempionatlarının reytinq siyahısını da tərtib etmişdir. Ölkəmiz bu siyahıda Gürcüstan, Ermənistan, ABŞ, Yaponiya və digər milli çempionatları qabaqlayaraq 48-ci yeri tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.