İDMAN


“NEFTÇİ” UEFA KUBOKU TURNİRİNDƏ MÜBARİZƏNİ DAYANDIRDI

AZƏRTAC xəbər verir ki, avqustun 2-də Bakının “Neftçi” komandası UEFA kuboku turnirinin birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanın “Rid” komandasına qalib gəlmişdir.

Birinci hissədən sonra “Neftçi” Branimir Subaşiç və Rəşad Sadıqovun qolları sayəsində 2:0 hesabı ilə irəlidə idi. İkinci hissənin 82-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Zaur Tağızadə qırmızı vərərə alaraq meydandan çıxarılmışdır. Bundan sonra fəallaşan “Rid” qollardan birinin əvəzini çıxa bilmişdir - 2:1.

Görüşün sonrakı dəqiqələrində qapılara qol vurulmamış və “Neftçi” “Rid” üzərində 2:1 hesabı ilə qələbə qazanmışdır.

Qalib gəlməsinə baxmayaraq, “Neftçi” ümumi hesabda (4:3) məğlub olaraq UEFA kuboku turnirindəki çııxşını başa vurmuşdur.

Xatırladaq ki, bu komandalar arasında keçirilən birinci qarşılaşma 3:1 hesabı ilə “Rid”in xeyrinə qurtarmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.