SİYASƏT


NEFT AKADEMİYASI FRANSANIN FƏXRİ MÜKAFATINI ALMIŞDIR

Beynəlxalq müslabiqədə iştirak etmiş Azərbaycan Dövlət Neft Akademiyası və rektor, MEA-nın müxbir üzvü, professor Siyavuş Qarayev 2001-ci ildəki nailiyyətlərinə görə Fransa Sənayeyə Yardım Assosiasiyasının “Qızıl Medal”ına layiq görülmüşlər. 

Assosiasiyanın prezidenti Bernar Mussonun Neft Akademiyasına göndərdiyi məktubda bildirilir ki, mükafatın təqdim edilmə mərasimi 2002-ci il mayın14-19-da Parisdə keçiriləcəkdir. Cənab Musson professor Siyavuş Qarayevi mərasimdə iştirak etməyə dəvət etmişdir.

Bu mükafat dinamik inkişaf göstəricilərinə malik olan, yüksək keyfiyyətli xidmətlər göstərən və yeni layihələri uğurla həyata keçirən təşkilat və müəssisələrə təqdim edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.