İQTİSADİYYAT
NEFT İXRACINDAN NƏZƏRDƏ TUTULDUĞUNDAN 10 MİLYON DOLLAR ÇOX GƏLİR GÖTÜRÜLMÜŞDÜR
10 milyon ABŞ dolları məbləğində gəlir əldə etmişdir. Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, dövlət büdcəsi işlənib hazırlanarkən, neftə aşağı qiymətlər qoyulması hesabına mümkün olmuşdur.
Büdcə hazırlanarkən neftə, elə birinci ildən başlayaraq, dünyada qəbul
olunmuş orta qiymətlərdən aşağı qiymət qoyulur. Son üç ildə neftin bir barrelinin orta dünya qiyməti 23-26 dollar arasında dəyişirdi. Azərbaycanın 2003-cü il üçün büdcəsində isə bu qiymət 19,5 dollar səviyyəsində nəzərdə tutulmuşdur. Hesab olunur ki, bu, dünya bazarında qiymətlərin kəskin şəkildə enəcəyi halda, büdcənin təhlükəsizliyini təmin etməyə imkan verir. Bazarda qiymətlərin əlverişli olması isə büdcəyə əlavə vəsait gəlməsinə şərait yaradır.