İQTİSADİYYAT


NEFT KƏMƏRİNİN TİKİNTİSİ GÜRCÜSTANIN XARİCİ TİCARƏT DÖVRİYYƏSİNƏ DÜZƏLİŞLƏR EDƏCƏKDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, 2003-cü ilin altı ayı ərzində Gürcüstanın ən iri idxal-əmtəə qrupunda birinci yeri ümumi dəyəri 44235,7 min dollar olan borular tutmuşdur.

Bakı-Tbilisi-Ceyhan neft kəməri tikintisinin başlanması Gürcüstanın xarici ticarət dövriyyəsinin parametrlərinə təsiri belə yaranmışdır. Boru məhsulu (10,1 faiz) idxal-əmtəə qrupunun son vaxtlaradək daimi liderini – neft və neft məhsullarını (8,9 faiz) ikinici yerə sıxışdırmışdır.

2003-cü ilin altı ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi (qeyri-mütəşəkkil ticarət istisna olmaqla) 597,9 milyon dollar olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü göstəricisinin 120,6 faizini təşkil edir. Bu rəqəmlər Gürcüstan Dövlət Statistika Departamentinin məlumatından götürülmüşdür. 2003-cü ilin yanvar-iyun aylarında ixrac 158,1 milyon dollar (müvafiq olaraq, 105,8 faiz), idxal isə 439,9 milyon dollar (127 faiz) olmuşdur. İlin birinci yarısında ölkənin ticarət balansı mənfidir və 281,8 milyon dollar təşkil edir.

2003-cü ilin altı ayının yekunlarına görə, Gürcüstanın ilk 10 ən iri tərəfdaşı aşağıdakılardır: Rusiya (17 faiz), Böyük Britaniya (13,5 faiz), Türkiyə (12,5 faiz), Azərbaycan (8,1 faiz), Ukrayna (6,8 faiz), Almaniya (5,7 faiz), Fransa (4,2 faiz), Ermənistan (3,6 faiz), İsveçrə (3,4 faiz), Niderland (3 faiz).

Həmin dövrdə ticarət dövriyyəsinin ümumi həcmində Gürcüstanın ən iri ticarət tərəfdaşlarının payı 3,8 faiz artaraq, 77,9 faiz olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.