İQTİSADİYYAT


“NEON MMMC” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürüb

Bakı, 31 mart, AZƏRTAC

“NEON MMMC” Məhdud Məsuliyyətli Cəmiyyəti Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına müvafiq olaraq yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

MMC-dən AZƏRTAC-a bildirilib ki, “NEON MMMC” tərəfindən “PAŞA Bank” ASC-də olan bank hesabından fonda 50 min manat vəsait ianə edilib.

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə koronavirusa qarşı mübarizə məqsədilə silsilə tədbirlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.