CƏMİYYƏT


N.F.Qamaleya adına Mərkəz qripin müxtəlif ştamları əleyhinə vaksin yaradıb

N.F.Qamaleya adına Mərkəz qripin müxtəlif ştamları əleyhinə vaksin yaradıb

Bakı, 6 dekabr, AZƏRTAC

N.F.Qamaleya adına Mərkəz qripin müxtəlif ştamları, xüsusən donuz qripi (H1N1) və ehtimal ki, quş qripindən (H5N1) qorumaq iqtidarında olan vaksin işləyib hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə N.F.Qamaleya adına Mərkəzin direktoru Aleksandr Ginzburq bildirib. Onun sözlərinə görə, bu cür preparatla təkrar peyvəndlənməyə 3-4 ildən sonra ehtiyac yaranacaq.

Ginzburq deyib: “Biz hazırda bununla məşğuluq, vaksin H1N1 variantından və qripin digər növlərindən, hətta ola bilər quş qripindən (H5N1) müdafiə edəcək. Ümidvarıq ki, bu vaksinlə 3-4 ildən bir peyvəndlənməyə ehtiyac olacaq”.

Alimin sözlərinə görə, indi preparatın tədqiqatının artıq ikinci mərhələsi aparılır. “Əməkdaşlarımız elə düşünüblər ki, anticisimlər qripin “gövdəsi”nə doğru əmələ gəlsinlər, qripin bütün virusları üçün ortaq hissələr bu sahədə yerləşir və həmin hissələr faktiki olaraq, bir ştamdan digərinə dəyişmir”, - deyə o, əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.