ELM VƏ TƏHSİL


NFT texnologiyasının inkişaf perspektivləri tədqiq edilir

Bakı, 23 iyun, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında “Non-Fungible Token: perspektivləri və tətbiq sahələri” mövzusu ilə bağlı müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Baş mütəxəssis Oqtay Ələkbərov mövzuya dair çıxış edərək, “Non-Fungible Token” (NFT) texnologiyası barədə məlumat verib. Qeyd edib ki, “Dəyişməz pul” deyə tərcümə edilən NFT dəyəri olan və toplana bilən rəqəmsal aktivdir. İstənilən sənət əsəri, video, tvit, veb-sayt, fotoşəkil, sosial mediada yaradılmış hekayə və s. NFT kimi hesablana bilən aktiv ola bilər. Bunun üçün həmin rəqəmsal aktivlər müəyyən olunmuş tələblərə cavab verməlidir.

Unikallıq, fərdiləşmə, mülkiyyətçilik, nadirlik, şəffaflıq və qarşılıqlı işləmə qabiliyyətinin NFT-lərin əsas xüsusiyyətləri olduğunu bildirən O.Ələkbərov bu texnologiyanın üstünlüklərindən də söz açıb. Qeyd edib ki, NFT-lər istənilən rəssama və ya hər hansı bir sənətçiyə plagiatlıqla mübarizə aparmaqda kömək edə bilər. Çünki NFT vasitəsilə nüsxələnə bilməyən yaradıcılıq nümunələrini rəqəmsallaşdırmaq mümkündür.

Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.