SİYASƏT
NİDERLANDDA XOCALI FACİƏSİNƏ HƏSR OLUNAN ETİRAZ MİTİNQİ KEÇİRİLƏCƏKDİR
Haaqa İnsan Hüquqları Beynəlxalq Məhkəməsi və Niderland Parlamenti qarşısında keçiriləcək tədbirdə yüzlərlə azərbaycanlı, türk, hollandiyalı və başqa millətlərin nümayəndələri əllərində Azərbaycan bayraqlarını tutaraq, faciəni törədənlərə qarşı etirazlarını bildirəcəklər. Aksiyada istifadə etmək üçün Xocalı faciəsini əks etdirən foto-stendlər, şüarlar və rəsmlər də hazırlanır. Həmin gün şəhər sakinlərinə paylamaq üçün Xocalı faciəsi haqqında informasiya bülletenləri tərtib olunacaqdır. Mitinqin Bəyannaməsi Niderland Parlamentinin rəhbərliyinə və millət vəkillərinə təqdim olunacaqdır. Bu dəhşətli faciənin mahiyyətinin bütün dünyaya çatdırılması və etiraz mitinqinin televiziya vasitəsilə nümayiş etdirilməsi üçün Niderlandda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri də tədbirə dəvət olunacaqlar. Eyni zamanda, nümayiş haqqında məlumat və Xocalı faciəsinin əsl həqiqətləri “Azərbaycan-Niderland Cəmiyyəti”nin bu ilin yanvar ayından işıq üzü görən “Azərbaijan Netherland. Nevvs” qəzeti vasitəsilə geniş oxucu auditoriyasına çatdırılacaqdır.