Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

NİDERLANDIN KRALİÇASI ÜLYAHƏZRƏT BEATRİKSƏ

Ülyahəzrət, 

Niderland Krallığının milli bayramı – Kraliça günü münasibətilə Sizi və bütün Niderland xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimizin qarşılıqlı səyləri ilə genişlənməkdə olan əlaqələrimizdən xalqlarımızın rifahı naminə səmərəli istifadə edəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin