Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

NİDERLAND KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB VİM KOKA

cənab baş nazir, 

Niderland Krallığının milli bayramı – Kraliça günü münasibətilə Sizi və bütün Niderland xalqını təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Niderland arasında yaranan dostluq münasibətləri ölkələrimizin qarşılıqlı surətdə faydalı əməkdaşlıq imkanlarını daha da artıracaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına sülh və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin