İQTİSADİYYAT
NIKOIL | Bank Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kredit təklif edir
Bakı, 30 avqust, AZƏRTAC
NIKOIL | Bankın Sahibkarlığa Kömək Milli Fondu ilə fəal əməkdaşlıq etdiyi 12 il ərzində bank tərəfindən 36 milyon manat məbləğində 1592 kredit verilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, hazırda NIKOIL | Bank bazarın kiçik və orta biznes seqmentinin iştirakçıları olan çörək və un məmulatlarının bişirilməsi və digər ərzaq və məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar eləcə də heyvandarlıq, arıçılıq, balıqçılıq, əkinçiliklə məşğul olan fermerlər üçün sərfəli kredit şərtləri təklif edir. Kredit məbləği 5 mindən 10 milyon manata qədər, kredit müddəti məbləğindən asılı olaraq 10 ilədək, illik 6 faiz dərəcəsi ilə kredit müddətinin yarısına qədər güzəşt dövrü ilə verilir. SKMF-nin xətti ilə güzəştli kreditlərin əsas alıcıları ölkənin müxtəlif bölgələrindəki kiçik və orta biznes subyektləridir. Bu kreditlər Azərbaycanda istehsalın və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına təsir edən əsas motivasiya amillərindəndir.
Daha ətraflı məlumat üçün (012) 981 qısa nömrəsinə zəng edərək NIKOIL | Bankın məlumat mərkəzi ilə əlaqə saxlaya və ya SKMF-nin rəsmi www.anfes.gov.az səhifəsindən məlumat əldə etmək olar. Həmçinin SKMF tərəfindən respublikanın müxtəlif bölgələrində keçirilən kredit yarmarkalarında iştirak edərək daha geniş məlumat almaq mümkündür. Qeyd edək ki, NIKOIL | Bank bütün yarmarkaların fəal iştirakçısıdır.