İQTİSADİYYAT
NİKOLAY BAYBAKOV ADINA FONDUN AZƏRBAYCAN FİLİALI YARADILMIŞDIR
Sonra həmyerlimiz, tanınmış alim, İqtisadi İnkişafa Yardım Fondunun prezidenti Nikolay Baybakov çıxış etmişdir. Bakıda doğulmasından fəxr etdiyini bildirən Baybakov Azərbaycanın inkişaf mərhələsində olmasından qürur duyduğunu bildirmiş və bütün bunlara görə Prezident İlham Əliyevə təşəkkür etmişdir. Fondun Rusiyada böyük işlər gördüyünü xatırladan natiq qurumun fəaliyyətini genişləndirmək məqsədi ilə Azərbaycan filialının yaradılmasına qərar verməkdə düzgün mövqe seçdiyini əsaslandırmışdır.
Onun sözlərinə görə, bu barədə Prezident İlham Əliyevə yazdığı məktubu dövlətimizin başçısı yüksək qiymətləndirilmişdir. Baybakov qeyd etmişdir ki, Azərbaycan neft mütəxəssislərinin hazırlanmasına görə dünyada tanınan ölkədir. Fondun filialını yaratmaqda məqsədimiz bu ənənəni yaşadıb inkişaf etdirməyə kömək göstərməkdir.
Mərasimdə çıxış edən digər natiqlər bu nəcib təşəbbüsü yüksək qiymətləndirmişlər. Onlar əmin olduqlarını bildirmişlər ki, fondun Azərbaycan filialı qısa müddətdə fəaliyyəti ilə cəmiyyətimizdə nüfuz qazanacaqdır.