SİYASƏT
NİKOLAY PATRUŞEV (RF Federal Təhlükəsizlik Xidmətinin direktoru):
HEYDƏR ƏLİYEVİN HƏYATI VƏTƏNƏ FƏDAKARCASINA XİDMƏT NÜMUNƏSİDİR
“Cənab Prezident, Sizin bütün həyatınız Vətənə fədakarcasına xidmət nümunəsidir. On səkkiz yaşında ikən Siz dövlətin təhlükəsizliyini təmin etmək kimi çətin zəhmətə qatlaşanların sıralarına daxil olmuş, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək yol keçmisiniz. Sizin misilsiz bacarığınız, təşkilatçılıq istedadınız və dövlətçilik təfəkkürünüz ölkə və zaman üçün gərəkli idi. Siz respublikada, Sov.İKP MK-da, Nazirlər Sovetində rəhbər vəzifələrə ucaldınız.
Yüksək mükafatlar – Sosialist Əməyi Qəhrəmanı adları, beş Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Ulduz ordenləri Sizin xidmətlərinizə parlaq sübutdur.
Respublikanın dövlətçiliyinin möhkəmləndirilməsinə, onun sosial-iqtisadi inkişafına, Rusiya Federasiyası ilə əlaqələrin genişlənməsinə verdiyiniz çox böyük şəxsi töhfə əvəzsizdir. Beynəlxalq miqyaslı siyasi xadim və dövlət xadimi kimi Sizin nüfuzunuz Azərbaycan Respublikasının dünyada mövqeyinin möhkəmlənməsinə böyük təkan verir”.
noyabr 2000-ci il.