DÜNYA


“NİSSAN MOTOR” AVTOMOBİLLƏRƏ İNFRAQIRMIZI SENSORLAR QOYUR

Yaponiyanın “Nissan motor” avtomobil şirkəti sürücülərin qaranlıqda qəfildən yolun hərəkət hissəsinə çıxan və ya vizual nəzarətin mümkün olmadığı “ölü zonalar”da olan piyadaları görməsinə məkan verən infraqırmızı sensorlar yaratmışdır. Şirkətin nümayəndəsi İTAR-TASS-ın müxbirinə bildirmişdir ki, yeni cihazlar minik maşınlarına 2004-cü ildən qoyulmağa başlanacaqdır. 

İnfraqırmızı skannerlər insanın bədənindən çıxan istini 50 metr məsafədən hiss etməyə qadirdir. Skannerlər ön və arxa faraların yanında qoyulur, “istilik obyekti”nin təsviri isə avtomobilin salonundakı ekrana ötürülür. Son vaxtlaradək bu cür sensorlardan əsasən hərbi məqsədlər üçün istifadə edilirdi, özü də onlardan bəzilərinin dəyəri yüz minlərlə dollar məbləğindədir.

Skannerin daha az təkmil olan məişət analoqunu yaratmaq sahəsində ilk addımı bu yaxınlarda “Ceneral motors” şirkəti atmışdı, lakin onun məhsulu adi istehlakçı üçün kifayət qədər baha – təxminən 3 min dollaradır.

“Nissan motor” iddia edir ki, ən səmərəli texnologiya yaratmış və bununla da qiyməti 400-500 dollar səviyyəsinə salmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.