RƏSMİ XRONİKA


“N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi” Federal Dövlət Büdcə İdarəsinin direktor müavini, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru Məmməd Əliyevdən

 Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanlılar öz seçimləri ilə yenidən təsdiqlədilər ki, vətəndaşların mütləq əksəriyyəti Sizin ölkədə yürütdüyünüz siyasi və sosial-iqtisadi xətti dəstəkləyir, öz talelərini və övladlarının talelərini Sizə etibar edirlər. Bu, Azərbaycanda sabitliyin və davamlı inkişafın rəmzi, Sizin ölkə qarşısında xidmətlərinizə verilən yüksək qiymətdir.

Sizə möhkəm cansağlığı, müstəqil Azərbaycanın firavanlığına və çiçəklənməsinə yönəlmiş ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmməd Əliyev

“N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi”

Federal Dövlət Büdcə İdarəsinin direktor müavini,

Rusiya Elmlər Akademiyasının

və Rusiya Tibb Elmləri Akademiyasının akademiki,

professor, tibb elmləri doktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin