İQTİSADİYYAT


“NOKİA” ŞİRKƏTİ REKLAM TƏDBİRİNƏ BAŞLAYIR

Aprelin 18-dən etibarən “Nokia” şirkətinin Azərbaycan ərazisindəki rəsmi distribütorlar tərəfindən satılan bütün mobil telefonlara xüsusi holoqram nişanı vurulacaqdır. Şirkətin MDB ölkələri ilə marketinq üzrə əlaqələndiricisi Natalya Kaytanen aprelin 17-də keçirilmiş mətbuat konfransında bildirmişdir ki, dörd müdafiə səviyyəsi ilə təchiz edilmiş, üzərində Nokianın loqotipi təsvir olunmuş və “Original” sözü yazılmış holoqram telefonun gövdəsində, akkumulyatorun altında yerləşəcəkdir. 45 gün, 2002-ci il iyulun 1-dək davam edəcək bu tədbirin əsas məqsədlərindən biri istehlakçıları keyfiyyətsiz, yaxud Azərbaycan ərazisində istifadə edilmək üçün nəzərdə tutulmamış məhsullardan qorumaqdır. Tədbir, eyni zamanda, səlahiyyətli servis mərkəzində zəmanətli xidmətin təmin olunmasına və Azərbaycandakı distribütorların dəstəklənməsinə yönəldilmişdir. 

“Nokia”nın əsas distribütoru olan “Mobitel” şirkətinin baş direktoru Samir Məmmədov demişdir ki, reklam kampaniyası keçirilən dövrdə “Nokia” telefonunu alan istehlakçılara hədiyyələr də veriləcəkdir. Həmin müddət ərzində bu şirkətin telefonlarının qiymətinin bir qədər aşağı salınacağı da gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.