İQTİSADİYYAT
“NÖMRƏMCELL”: KÖHNƏ NÖMRƏYƏ ÜNVANLANAN ZƏNGLƏR ÜZƏRİNDƏ NƏZARƏT
Birgə müəssisənin mətbuat xidmətindən bildirmişlər ki, bu xidmət sayəsində öz köhnə nömrəsini dəyişmək qərarına gələn abonentlər 3 ay ərzində həmin nömrələrə ünvanlanmış zəngləri qəbul edə biləcəklər. Azercell Telekom BM-nin öz abonentləri arasında apardığı marketinq araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, nömrənin dəyişdirilməsinə əsas səbəb onların lazımsız zənglərdən qurtulmaq niyyətidir. “NömrəmCELL” xidməti dəyişiklik barədə ancaq lazım olan tanışları xəbərdar etməyə imkan verir.
Qeyd etmək lazımdır ki, köhnə nömrə təkcə bir istiqamətdə - zənglərin qəbul olunması istiqamətində aktiv qala bilir. Bu nömrə vasitəsilə zəng etmək mümkün deyildir. Yeni xidmətdən istifadə etmək imkanını əldə etmək üçün müştərilərlə əlaqələr şöbəsinə müraciət olunmalıdır.