SİYASƏT
NORVEÇDƏ “AZƏRBAYCAN EVİ” FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Açılış mərasimində bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının insan Hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova da iştirak etmiş, Azərbaycan diasporunun üzvləri, Norveç-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan, Güney Azərbaycan, Uyğur Kültür və Siyasi məsələlər Mərkəzinin üzvləri ilə görüşlər keçirilmişdir. Mərkəzin rəhbərləri milli mədəniyyətimizi, xalq sənətini yaşatmaq üçün “Azərbaycan Evi”ndə musiqi, rəqs, ədəbiyyat dərnəkləri, xalq çalğı ansamblı yaradılacağını, Oslo şəhərində Bazar günü məktəblərinin açılacağını, idman yarışlarının keçiriləcəyini bildirilmişlər.
Azərbaycan dövlətinin yardımına ehtiyac duyduqlarını nəzərə çatdıran
edən soydaşlarımız, latın qrafikası ilə çap olunmuş uşaq ədəbiyyatına, dərsliklərə, nəğmə mətnlərinə və mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün milli rəqs geyimlərinə tələbat olduğunu vurğulamışlar.
Ombudsman Elmira Süleymanova bəzi nəşrləri soydaşlarımıza paylamış, diasporumuzun istəklərini müvafiq orqanlara çatdıracağını bildirmişdir.