SİYASƏT


NORVEÇDƏ YAŞAYAN SOYDAŞLARIMIZ PREZİDENT İLHAM ƏLİYEVİN SİYASİ KURSUNU DƏSTƏKLƏYİRLƏR

Prezident seçkilərindən sonra müxalifətin Bakıda iğtişaşlar törətmək cəhdi xaricdə yaşayan soydaşlarımızı ciddi narahat etmişdir.

Norveçdə yaşayan soydaşlarımız Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinə və oktyabrın 16-da Bakıda törədilmiş iğtişaşlara münasibət bildirən bəyanatla çıxış etmişlər.

Norveç-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Norveçdə fəaliyyət göstərən “SNAR” siyasi-analitik mərkəzinin direktoru Yadigar Zəkəriyyənin Dövlət Komitəsinə ünvanladığı bəyanatda deyilir: “Biz xaricdə yaşayan azərbaycanlıların Azərbaycanda keçirilən seçkilərin rəsmi nəticələrini qəbul edir, cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezident seçilməsi münasibətilə təbrik edirik. Biz onun siyasi kursunu dəstəkləyirik”.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, cəmiyyətin sədri Yadigar Zəkəriyyə vaxtilə İsveçdə siyasi qaçqın statusu almış bir şəxs olaraq, cənab İlham Əliyevin Prezident seçilməsindən sonra siyasi qaçqın statusundan rəsmən imtina edib. Bu isə İsveç kimi bir dövlətdə bütün sosial yardımlardan imtina etmək və Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsinə xidmət edən bir addım kimi dəyərləndirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.