Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

NORVEÇİN KRALI ƏLAHƏZRƏT V HARALDA

Əlahəzrət, 

Norveç Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Azərbaycan-Norveç əlaqələrinin inkişafından məmnunam. Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin