Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

NORVEÇ KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB KYEL MAQNE BUNDEVİKƏ

Hörmətli cənab Baş nazir, 

Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimizin iqtisadi sahədə uğurlu əməkdaşlığı qarşılıqlı əlaqələrimizin bütün sahələrdə genişlənməsinə daim öz müsbət təsirini göstərəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin