SİYASƏT


NOVOSİBİRSKDƏ YAŞAYAN SOYDAŞLARIMIZ İLHAM ƏLİYEVİN PREZİDENT SEÇİLMƏSİNİ RAZILIQLA QARŞILAMIŞLAR

Bu günlərdə Rusiyanın Novosibirsk vilayətində İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi münasibətilə geniş tədbir keçirilmişdir.

Tədbirdə iştirak etmiş Azərbaycan Yazıçılar Birliyinin məsul işçisi Ədalət Əsgəroğlu AZƏRTAC-ın müxbirinə demişdir ki, Novosibirsk azərbaycanlılarının Milli-Mədəni Muxtariyyat Mərkəzinin təşkil etdiyi bu tədbirdə Novosibirsk icra hakimiyyətinin başçısı, şəhərin meri və ətraf rayonların rəhbərləri də iştirak etmişlər. Tədbirdə çıxış edən mərkəzin vitse-prezidenti Mirkazım Seyidov, şəhərin meri Viktor Qergert, Dəmiryolu rayonu icra hakimiyyətinin başçısı Vladimir Qriqoryev son dövrdə RF Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti Heydər Əliyevin səyləri nəticəsində ölkələrimiz arasında münasibətlərin yeni məzmun aldığını və bunun gələcəkdə daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulamış, Heydər Əliyev xəttinin davamçısı olan İlham Əliyevə məsul vəzifəsində uğurlar arzulamışlar.

Sonra çıxış edən soydaşlarımız onlara göstərilən qaygı və diqqətə görə xalqımızın ümummilli lideri Heydər Əliyevə minnətdarlıqlarını bildirmiş, Prezident İlham Əliyevin siyasətini dəstəkləyəcəklərini söyləmişlər.

Azərbaycandan gəlmiş qonaqlar soydaşlarımıza göstərilən diqqət və qayğıya görə Novosibirsk vilayətinin və şəhərinin rəhbərliyinə minnətdarlıq etmişlər.

Axırda incəsənət ustalarımızın ifasında Azərbaycan mahnıları səslənmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.