MƏDƏNİYYƏT


NOVRUZ BAYRAMINA HƏSR OLUNMUŞ BİRİNCİ RESPUBLİKA UŞAQ YARADICILIĞI MÜSABİQƏSİ KEÇİRİLƏCƏK

Bakı İncəsənət Mərkəzi “NİKoyl” Səhmdar-Kommersiya Bankı ilə birlikdə Novruz bayramı münasibəti ilə “Azərbaycan 4 mühitdə - torpaq, od, su, hava” devizi altında I Respublika uşaq yaradıcılığı müsabiqəsi keçirəcəkdir.

Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, layihənin məqsədi Azərbaycanın bütün ərazisində uşaq və yeniyetmələrin yaradıcılığını təbliğ və inkişaf etdirmək, böyüməkdə olan nəsli təbiətə və təbii ehtiyatlara qayğıkeş münasibət ruhunda tərbiyələndirməkdir.

Müsabiqəyə Bakı, Gəncə, Şəki və Lənkərandan xüsusi uşaq yaradıcılıq qruplarının cəlb olunması planlaşdırılır. Ən yaxşı işlər seçildikdən sonra qaliblərin mükafatlandırılması, böyük sərgi keçirilməsi, kataloq nəşr edilməsi üçün Bakıya göndəriləcəkdir.

Müsabiqədə 14 yaşınadək uşaqlar iştirak edəcəklər. İşlər 2 yaş kateqoriyasına görə (6-10 yaş və 10-14 yaş) qiymətləndiriləcəkdir. Müsabiqə işləri Gəncədə fevralın 25-dək, Şəkidə fevralın 27-dək, Lənkəranda fevralın 28-dək, Bakıda martın 1-dək təqdim olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.