İDMAN
NOVRUZ BAYRAMINA HƏSR OLUNMUŞ VATERPOL TURNİRİNDƏ GÜRCÜSTAN KOMANDALARI DA MÜBARİZƏ APARIRLAR
AZƏRTAC xəbər verir ki, martın 13-də 1990-91-ci il təvəllüdlü yeniyetmələr arasında Mərkəzi Ordu İdman Klubunun (MOİK) kuboku uğrunda vaterpol üzrə Novruz bayramına həsr olunmuş turnir start götürmüşdür.
Martın 17-dək davam edəcək yarışda MOİK-1, MOİK-2 və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları ilə yanaşı, Gürcüstanın “Burevestnik” və “Spektr” klubları da mübarizə aparırlar.
Turnirin ilk günü iki görüş keçirilmişdir. “MOİK-1” “Burevestnik” kollektivi üzərində 9:4, ADBTİA idmançıları isə, “MOİK-2”-yə 8:4 hesabı ilə qalib gəlmişlər. “Spektr” klubu isə yarışlara martın 14-də qoşulacaqdır. Turnirin açılış mərasimi də məhz həmin günə təyin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]
Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər
- 28.03.2024 [12:17]
Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib
- 28.03.2024 [11:56]
Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər
- 28.03.2024 [11:44]