Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

NRYTN və “Microsoft Azərbaycan” MMC arasında əməkdaşlığa dair təqdimat keçirilib YENİLƏNİB

Bakı, 29 oktyabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İnnovasiyalar həftəsi” çərçivəsində oktyabrın 29-da NRYTN və “Microsoft Azərbaycan” MMC arasında əməkdaşlığa dair təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələrinin kibertəhlükəsizlik üzrə rəhbəri Dmitri Beresnev, Mərkəzi və Şərqi Avropa ölkələrində Dövlət Qurumları üzrə Biznes İnkişafı direktoru Evanqelos Xrisafidis, "Microsoft Azərbaycan" MMC-nin baş direktoru Sərxan Həşimov çıxış ediblər.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev bildirib ki, oktyabrın 26-30-da Azərbaycanda ilk dəfə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Heydər Əliyev Mərkəzi ilə birgə İnnovasiya Həftəsi keçirir və bu layihə çərçivəsində müxtəlif istiqamətləri əhatə edən silsilə tədbirlər davam etməkdədir. Hazırda dünyada gedən əsas inkişaf tendensiyaları daha çox İnformasiya Kommunikasiya Texnologiyalarının və Yüksək Texnologiyaların tətbiqi ilə bağlıdır. Məhz bu istiqamət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb və əsas hədəflər müəyyən olunub.

Onun sözlərinə görə, innovativ inkişaf modelinin reallaşması üçün ölkəmizin iqtisadi siyasətində artıq bir neçə əsaslı addımlar atılıb, qanunvericilik bazası təkmilləşdirilib, sənaye və texnoloji parklar yaradılıb. Dünya İqtisadi Forumunun 2018-ci il üzrə “Qlobal Rəqabət-qabiliyyətlilik Hesabatı”da “İnnovativ Ekosistem” bölməsinin “Biznesin dinamikliyi” göstəricisi üzrə Azərbaycan dünyanın 140 ölkəsi arasında 31-ci yerdə, biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-göstəricisi üzrə 17-ci, sahibkarlıq riskləri alt-göstəricisi üzrə 21-ci yerdə qərarlaşıb. Yüksək texnologiyalar, o cümlədən informasiya və kommunikasiya texnologiyaları milli innovasiya sisteminin əsas komponenti olmaqla bərabər, təhsil, səhiyyə, kənd təsərrüfatı, sosial sahələrdə də innovasiyaların tətbiqinə geniş imkanlar açır.

Ə.Abdullayev qeyd edib ki, həyata keçirilən bir sıra əhəmiyyətli layihələrdə “Microsoft” şirkəti ilə sıx əməkdaşlıq edir, dünyada öz həlləri ilə öndə olan bu şirkətin təcrübəsini ölkəmizə gətirmək üçün ardıcıl işlər aparılır. “Microsoft Azərbaycan”ın tərəfdaşlığı ilə informasiya texnologiyaları, kibertəhlükəsizlik, təhsil, əqli mülkiyyət və digər sahələrdə uğurlu layihələr həyata keçirilir. “Microsoft” şirkəti Azərbaycanda elektron imzanın istifadəsini təmin edən “Açıq Açar İnfrastrukturu”nun qurulmasında bilavasitə iştirak edib. Layihə çərçivəsində yaradılmış Milli Sertifikat Xidmətləri Mərkəzi dövlət qurumlarını, hüquqi və fiziki şəxsləri gücləndirilmiş elektron imzalarla təmin edir. Bu günədək mərkəz tərəfindən istifadəçilərə 159 mindən çox elektron imza sertifikatı təqdim olunub. Bu istiqamətdə “Microsoft”la birgə aparılan uğurlu işlərin davamı olaraq ölkəmiz üçün əhəmiyyətli növbəti innovativ layihə olan elektron imzanın yeni nəsil şəxsiyyət vəsiqələrində yerləşdirilməsinin həyata keçirilməsidir.

“Ölkəmizdə dövlət sektorunun istifadəsində olan kompüterlərin “Microsoft” şirkətinin proqram təminatı ilə lisenziyalaşdırılmasının ilk mərhələsi həyata keçirilib. Nəticədə 10 min ədəd kompüter Microsoft proqramları ilə təmin olunub. Bu əməkdaşlığın davamı olaraq dövlət qurumları üçün 20 min və təhsil müəssisələri üçün 10 min ədəd lisenziyanın alınması məqsədilə bu il iyunun 30-da nazirliyin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” müəssisəsi ilə “Microsoft” şirkəti arasında yeni “Enterprise Agreement” Sazişi imzalanıb. Bu layihənin davamlı icrası nəticəsində dövlət qurumlarında mövcud lisenziya problemlərinin ardan qaldırılması ilə kibertəhlükəsizlik, əqli mülkiyyətin və fərdi məlumatların qorunması, elektron mühitin inkişafına müsbət təsir edəcək. Bu da öz növbəsində ölkəmizin informasiya kommunikasiya texnologiyaları ilə yanaşı, ümumi iqtisadiyyatın bir sıra istiqamətlərində, o cümlədən investisiya mühiti üzrə beynəlxalq reytinqlərdə irəliləməsinə müsbət təsir edəcək”, - deyə Ə.Abdullayev vurğulayıb.

Nazirin birinci müavini bildirib ki, Nazirliyin Yüksək Texnologiyalar Parkı ilə “Microsoft Azərbaycan” arasında imzalanmış Anlaşma Memorandumuna əsasən ölkəmizdə startap ekosisteminin inkişaf edilməsi üçün bir sıra təşəbbüslər gerçəkləşdirilib. Belə ki, “Microsoft Biz-Spark” layihəsinin vasitəsilə pulsuz proqram təminatı, bulud mühiti və tədris imkanları təqdim olunub. Azərbaycan startapları bu imkanlardan bəhrələnib. Gənclərin innovasiyalara olan marağının artırılması və onların beynəlxalq startap hərəkatına qoşulması məqsədilə Azərbaycanda 2015-ci ildən etibarən hər il “Microsoft Imagine Cup” müsabiqəsi keçirilir. Qaliblərin bu nüfuzlu müsabiqənin Dünya Finalında ölkəmizi təmsil etməsinə dəstək verilir. İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılması üçün “Microsoft” Azərbaycanda “Microsoft IT Academy” proqramına başlayıb. Bu proqram vasitəsilə tədris müəssisələri fundamental texnoloji biliklərə aid rəqəmsal kontent və sertifikatlar əldə edib.

Tədbir çərçivəsində nazirliyin tabeliyindəki "İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC ilə "Microsoft Azərbaycan" MMC arasında "Əşyaların İnterneti" laboratoriyasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin” direktoru Rauf Cabbarov və “Microsoft Azərbaycan” MMC-nin baş direktoru Sərxan Həşimov imzalayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib