Azərbaycan Dövlət İnformasiya Agentliyi

NURLU BİR İNSAN VARDI...

Onun işıq saçan mehriban baxışlarını, təmkinli təbəssümünü, asta, lakin qətiyyətli yerişini indiyədək xatırlayıram. Bugünkü orta və yaşlı nəslin nümayəndələri onu yaxşı tanıyırdılar...
- Rəhilə xanım?.. Bayraməlibəyova?.. Aman Allah, şəhərimizdə onu tanımayan vardı ki?!.
Çox güman, elə belə də olmuşdur! Həyatında heç olmasa, bircə dəfə ona müraciət etməyən adam çətin ki, tapılsın. Otolarinqoloq, qulaq-boğaz-burun xəstəlikləri üzrə mütəxəssis olan Rəhilə xanım, sanki, həkim olmaq üçün doğulmuşdu. Ona müraciət edənlərin hamısı şəfa tapırdı.
Rəhilə xanımın xəstələrinin çoxu uşaqlar idi. O, narahatlıq törədən badamcıq vəzilərinin və udlaq badamcıği şişlərinin (adenoid) kəsilib götürülməsinin öhdəsindən məharətlə gəlirdi. Körpələr, sanki, onun cazibəsinin təsiri altına düşürdülər. Bu doktordan, nədənsə, heç qorxmurdular...
Rəhilə xanım Bayraməlibəyova həyatdan 10 il əvvəl köçmüşdür. Dünyaya göz açmasının 100 ilinin tamam olduğu günlərdə onu xatırlamaq istərdim.
Rəhilə xanım Lənkəranda, xalq müəllimi, Qori seminariyasının məzunu Teymur Bayraməlibəyovun ailəsində doğulmuşdu. Xalqına hədsiz bağlı olan Teymur bəy bütün ömrünü onun maarifləndirilməsi işinə həsr etmişdi. Uşaqlarını da bu ruhda tərbiyə etmişdi. Rəhilənin bacıları Məryəm və Təhminə atasının yolu ilə getdilər. Məryəm 1918-ci ildə Lənkəranda qızlar məktəbi açmışdı, bacılar burada müəllimlik edirdilər. O, qadınlar üçün xeyriyyə cəmiyyəti də yaratmışdı. Gimnaziyada təhsil alan Rəhilə də onlardan köməyini əsirgəmir, cəmiyyətin nəzdində təşkil olunan dram dərnəyində iştirak edirdi. Bir sözlə, bacılar maarifləndirmə işinə hər vəchlə kömək edirdilər. Amma qardaşları Ənvər və İsmayıl başqa yol seçdilər. Biri geoloq, digəri isə həkim oldu.
Sonra Bayraməlibəyovlar ailəsi Bakıya köçdü. Rəhilə xanım burada orta təhsilini başa çatdırıb, müəllim kursları keçdi, Əli Bayramov klubunda qadınlara savad verməyə başladı. 1925-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil oldu. Təhsili bitdikdən sonra onu artıq müstəqil Tibb İnstitutunun qulaq-boğaz-burun kafedrasında ordinator vəzifəsində saxladılar. Daha sonra 4-cü klinik xəstəxanada yerləşən bu kafedranın assistenti oldu. Rəhilə xanım burada yarım əsr işlədi.
Bayraməlibəyova tezliklə təcrübəli cərrah kimi şöhrət qazandı. Yəqin, ona görə də Böyük Vətən müharibəsinin elə ilk günlərində səfərbərliyə alınan Rəhilə xanım təxliyyə hospitalına başçılıq etmişdi, digər hospitallara da köməyini əsirgəmirdi. Sonra yenə öz klinikasına qayıtdı, bir müddət kafedraya rəhbərlik etdi, 20 ildən çox Ümumittifaq Otolarinqoloqlar Cəmiyyəti Azərbaycan bölməsinin İdarə heyətinin elmi katibi, attestasiya komissiyası sədrinin müavini, komissiya üzvü olmuşdur. O vaxtkı Bakı səhiyyə şöbəsinin baş otolarinqoloqu vəzifəsində fəaliyyəti, namizədlik dissertasiyasını müdafiə etməsi, Azərbaycanın əməkdar həkimi fəxri adı alması da həmin illərə təsadüf edir.
Həmkarlarının dediklərinə görə, Rəhilə xanım, əslində, heç vaxt heç bir imtiyaza və mükafata can atmamışdır. Bu, onun təbiətinə zidd idi. Xəstələrinin minnətdarlığını ən böyük mükafat sayırdı. O, hər bir müvəffəqiyyətli cərrahiyyə əməliyyatına, hər uğurlu müalicəyə xəstədən və onun yaxınlarından daha çox sevinirdi.
“Çox sağ olun, doktor!” sözləri onun üçün ən yüksək mükafat idi.
Lakin istəsə də, istəməsə də, onun zəngin praktikası ümumiləşdirmə, elmi əsaslandırma tələb edirdi, əldə edilmiş təcrübəsini həmkarlarına da öyrətmək istəyirdi. Ona görə də Rəhilə xanım müxtəlif elmi simpoziumlarda, qurultaylarda, konfranslarda və sessiyalarda da iştirak etməyə vaxt tapır, özünün müalicə usulları haqqında məruzələr edir, yenilikləri öyrənirdi. Eyni zamanda, televiziyada çıxış edir, qəzetlərə məqalələr verir, elmi işlər dərc etdirirdi. O, tez-tez rayonlara gedirdi, bəzi şəhər poliklinikalarının, habelə respublika Səhiyyə Nazirliyinin 4-cü Baş İdarəsinin məsləhətçisi idi.
Bir dəfə onun xəstələrə baş çəkməsinin şahidi oldum. Yadımdadır, ucaboylu, qamətli Rəhilə xanım ağ xalatda palatanın qapısında görünəndə, həm yaşlı xəstələr, həm də uşaqlar ona müqəddəs varlıq kimi minnətdarlıq dolu nəzərlərlə baxırdılar.
O, nur saçan siması ilə xəstəyə sanki ümid verirdi. Yeri gəlmişkən, ilk baxışda mülayim təsir bağışlayan doktor Bayraməlibəyova lazım olanda həm də qətiyyətli idi. Vaxtilə qəzetdə onun tibb praktikasından bir fakt haqqında oxumuşdum: boğazını qaynar su pörtmüş 6 yaşlı qız nəfəs ala bilmir, az qala boğulurmuş. Həkim qızın boğazını çərtib, boru keçirmək kimi yeganə çıxış yolu tapdı. Lakin uşağın anası razılaşmırdı. Rəhilə xanım sərt şəkildə “Bəs tələf olsa necə? Bir də ki, siz onu mənim yanıma gətirmisiniz və indi o, mənimdir” demişdi.
Cərrahiyyə əməliyyatı, daha sonra müalicə prosesi ən yüksək səviyyədə keçdi. Ana-balanın sevincinin həddi-hüdudu yox idi, onlar göz yaşlarını saxlaya bilmir, sevincdən özü də qəhərlənən həkimə minnətdarlıq edirdilər.
Rəhilə xanımı tələbələri də çox sevirdilər. Hiss edirdilər ki, müəllim öz biliklərini onlarla ürəkdən bölüşür, praktik fəaliyyətindən maraqla danışır, suallara son dərəcə dəqiq cavab verir. Onun imtahanına hazırlıqsız gəlmək qəbahət sayılırdı.
Güclü xarakteri olan Rəhilə xanım oğlunu və qızını təkbaşına böyütmüşdü. Həyat yoldaşı, tibb professoru Əlirza Atayev repressiya qurbanı olmuşdu. O, hərc-mərclik illərində valideynlərsiz qalmış qardaşları uşaqlarına da kömək edirdi. Çətinliklərə baxmayaraq, Rəhilə xanım bütün bunları sakit, cəsarətlə, taleyindən şikayətlənmədən edirdi. Həmişə hər şeyin yaxşı olacağına inanırdı. Onu həyatda yaşadan da elə bu inam idi.
Bu çox gözəl insanı xatırlayarkən bir daha fikirləşdim: nə yaxşı ki, yer üzündə belə nurlu insan yaşamışdır!...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur