SİYASƏT
NURSULTAN NAZARBAYEV VAHİD ƏLƏKBƏROVU QƏBUL ETMİŞDİR
“LUKoyl” Qazaxıstanda ən böyük Rusiya investorlarından biridir. Şirkət son 8 ildə Qazaxıstan iqtisadiyyatına 1,5 milyard dollardan artıq vəsait qoymuşdur. “LUKoyl” Xəzər Boru Kəmərləri Konsorsiumunda, Tengiz, Qaraçaqanak və Kulekol yataqlarının işlənilməsində, Xvalın və Mərkəzi strukturlarında geoloji kəşfiyyat işlərində fəal iştirak edir.
Jurnalistlərlə görüşdə V.Ələkbərov demişdir:- “QayMunayQaz” Milli Şirkəti ilə birgə “Dostık” layihəsi üzərində iş gedir. Layihədə Xəzərin Qazaxıstan şelfindəki yataqların işlənilməsi nəzərdə tutulur. Layihəyə görə, gəlir tərəfdaşlar arasında yarı bölünəcək. İşlər qaydasında olsa, gələn ilin birinci rübündə müqavilə imzalanacaq. Neftin sənaye ehtiyatları təsdiq olunsa, layihə 3 miliyard dollar dəyərində qiymətləndiriləcək.
V. Ələkbərov Qazaxıstanın Baş naziri Danial Əhmədovla da görüşmüşdür. Baş nazir qeyd etmişdir ki, respublika Qaraçaqanakda qaz layihəsinin həyata keçirilməsində “LUKoyl”un iştirakında maraqlıdır. V. Ələkbərov demişdir ki, layihənin texniki və iqtisadi şərtləri öyrənildikdən sonra “LUKoyl” Qaz layihəsində iştirak edib-etməyəcəyini bildirəcək.