SİYASƏT
NÜVƏ SİLAHININ YAYILMAMASI HAQQINDA MÜQAVİLƏYƏ ƏLAVƏ PROTOKOLA DAİR MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİR
AZƏRTAC-ın Tehrandan aldığı xəbərə görə, burada İranın ekspertləri ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hüquqşünas ekspertləri arasında danışıqlar aparılır. İran Xarici İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir ki, onlar nüvə silahının yayılmaması haqqında müqaviləyə əlavə protokolun texniki, siyasi və hüquqi cəhətlərini, onun İran tərəfindən imzalanmasının nəticəsinin mümkün variantlarını nəzərdən keçirirlər.
Bu danışıqlar İran Prezidenti Məhəmməd Xatəmi ilə BAEA-nın baş direktoru Məhəmməd əl-Baradei arasında iyulun 9-da əldə olunmuş razılaşmalar sayəsində baş tutmuşdur.
İran ekspertləri əlavə protokolun imzalanmasının mümkünlüyü barədə qərar qəbul edilməsi üçün bu sənəd haqqında İran hökumətinə məruzə hazırlamalıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]