SİYASƏT


“N” hərbi hissəsinin yaradılmasının növbəti ildönümü qeyd edilib

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 11-də Azərbaycan Ordusunun “N” hərbi hissəsinin təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edənlər uzun illər düşmən işğalı altında olan torpaqlarımızın azad olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlardan, ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıblar.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərmanlarla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.