Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

“N” saylı hərbi hissədə Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Müdafiə Nazirliyinin yeni layihəsi –“Qəhrəmanların izi ilə” hərbi vətənpərvərlik aksiyası davam edir. Aksiya çərçivəsində növbəti tədbir Şəmkir rayonundakı “N” saylı hərbi hissədə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə əsgər klubuna toplaşan hərbi qulluqçular, müharibə veteranları, el ağsaqqalları, şəhid ailələrinin üzvləri və məktəblilər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad ediblər.

Sonra aksiyanın layihə müəllifi polkovnik Abdulla Qurbani növbəti tədbirin “Topçu İsgəndər” kimi tanınan Azərbaycanın Milli Qəhrəmanı, şəhid baş leytenant İsgəndər Aznaurovun xatirəsinə həsr olunduğunu və anım mərasimində qəhrəmanın ailə üzvlərinin də iştirak etdiklərini bildirib.

Qeyd olunub ki, İsgəndər Aznaurov 60 il öncə Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanədə milli zəmində baş verən məlum hadisələrdən sonra bir çox ahısqa türk ailəsi kimi onların ailələri də Azərbaycana pənah gətirib və Şəmkir rayonunda məskunlaşıblar.

1992-ci ildən Azərbaycan Ordusunda könüllü olaraq zabit kimi xidmət edən İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşub, Mutudərə, Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərdə şəxsi şücaət nümunələri göstərib.

1993-cü ilin baharında şəhid olan türk oğluna layiq olduğu fəxri ad yalnız iki il sonra ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə verilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunub.

Dövlətimiz şəhid İsgəndər Aznaurovun xidmətlərini yüksək qiymətləndirib. İndi onun adına yaşayış məntəqəsi, küçə və məktəb var. Vaxtilə döyüşdüyü səngər bu gün “İsgəndər qalası” adlanır və igid oğullarımız bu qalanın keşiyində ayıq-sayıq dayanaraq düşmən hücumlarının qarşısını mərdliklə alırlar.

General-mayor Gəray Bağırov qonaqları hərbi hissənin komandanlığı adından salamlayaraq onlara səmimi arzularını bildirib. O, tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, avqust ayında Milli Qəhrəmanımızın 60 illik yubileyi yüksək səviyyədə qeyd olunub. Xidmət etdiyi hərbi hissədə görkəmli elm xadimlərinin, Milli Məclis deputatlarının, döyüşçü dostlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə onun büstünün təntənəli açılışı olub. İsgəndər qalasında yubiley tədbiri keçirilib. Döyüş və mənəvi-psixoloji hazırlıq əlaçılarından bir qrupu yeni təsis olunmuş İsgəndər Aznaurov adına mükafatlarla təltif edilib. Bu gün Silahlı Qüvvələrimizdə yüzlərlə, minlərlə İsgəndər kimi qəhrəman oğullar vardır və onlar aprel döyüşləri zamanı düşmənin layiqli dərsini verərək xalqımıza qələbə sevinci bəxş ediblər. İsgəndər Aznaurovun qanı çilənmiş zirvələr bu gün etibarla qorunur.

Gəncə Qarnizonu Zabitlər Evi yaradıcılıq studiyasının istehsalı olan “Qəhrəmanın yubileyi” sənədli filmi tamaşaçılarda böyük maraq oyadıb.

Şəmkir rayonunda ahısqa türklərinin məskunlaşdıqları İsgəndərli (qəhrəman türk oğlunun şərəfinə adlandırılıb) qəsəbəsinin ağsaqqalı 86 yaşlı Binəli dədə Azərbaycan əsgərinə məsləhətlər verib, öyüd-nəsihətlərini çatdırıb. Şair Mikayıl Əliyev (o da ahısqa türküdür) qəhrəman İsgəndərə həsr etdiyi elegiyanı göz yaşları ilə oxuyaraq tədbir iştirakçılarına da duyğulu anlar yaşadıb.

Milli Qəhrəmanın döyüşçü dostlarından Adil Məmmədov, Sənan Quliyev və başqaları İsgəndər haqqında unudulmaz xatirələrini danışıblar.

İsgəndərli qəsəbəsinin və Kür qəsəbə İsgəndər Aznaurov adına orta məktəbinin şagirdləri türk oğlu, Azərbaycan qəhrəmanı haqqında şeirlər söyləyib, mahnılar ifa ediblər.

“Türk oğlu - Azərbaycan qəhrəmanı” adlı videoçarx nümayiş etdirilib.

Gülxanım Aznaurova həyat yoldaşının xatirəsinin əziz tutulduğuna, adının əbədiləşdirildiyinə, ailəsinə həmişə diqqət və qayğı göstərildiyinə görə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirib.

Tədbirdə iştirak etmək üçün Türkiyədən Şəmkirə gəlmiş qəhrəmanın qızı Zuina Aznaurova “Belə bir xalq, belə bir millət, belə bir Vətən uğrunda biz üç bacı da canımızdan keçməyə hazırıq. Kim çətin zamanlarda ona qucaq açmış bir məmləkətin düşmənlərinə qarşı vuruşmaz? Kim bu Vətənin, bu torpağın uğrunda canından keçməz? Babamız haqq yolunda, ədalət yolunda şəhid oldu. Biz fəxr edirik ki, babamız Bakıda Şəhidlər Xiyabanında uyuyur. Bu torpaqlara babamızın qanı hopub. Bu torpaq bizim də Vətənimizdir!”, - deyərək kövrəlib və uzaqlarda olsa da Azərbaycan əsgərinin hər qələbə sorağından qürurlandığını bildirib.

“İsgəndər qalası”nın müdafiəçiləri adından çıxış edən əsgər Pərviz Lətifov qonaqları və bütün tədbir iştirakçılarını əmin edib ki, qəhrəman İsgəndərlərin davamçıları öz mövqelərində sərvaxtdırlar və qarşılarına qoyulmuş hər bir döyüş tapşırığını, hücum əmrini yerinə yetirməyə həmişə hazır və qadirdirlər.

Qəhrəmanın ailə üzvlərinə xatirə hədiyyələri təqdim edilib.

Tədbir başa çatdıqdan sonra qəhrəmanın ailə üzvləri və bir qrup iştirakçı “İsgəndər qalası”nın igid müdafiəçiləri ilə görüşmək üçün bir zamanlar onun xidmət etdiyi hərbi hissəyə yollanıblar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-nin “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək