MƏDƏNİYYƏT


“N” saylı hərbi hissədə geniş konsert proqramı təqdim edilib

Bakı, 30 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəniyyət evləri Direktorlar Şurasının təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin “N” saylı hərbi hissəsində vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tanınmış müğənni Elnur Məmmədov şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Onun ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.

Hərbi hissənin rəhbərliyi tədbirə görə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə təşəkkürünü bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.