REGİONLAR
Nabranda dənizdə boğulan 4 nəfərin kimliyi müəyyənləşib YENİLƏNİB VİDEO
Xaçmaz, 25 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 25-də Xəzər dənizinin Nabran ərazisində dənizdə çimərkən boğulan 4 nəfərin kimliyi müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dənizdə boğulanlar Xaçmaz rayonun Palçıqoba kənd sakinləri 1970-ci il təvəllüdlü Qocayeva Kamilə İkram qızı, onun 24 yaşlı qızı Qocayeva Aysel Aslan qızı, Dadaşova Ruhiyyə Eyvaz qızı və onun 16 yaşlı övladı Dadaşov İkram Məmmədyar oğludur.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları suda boğulan şəxslərin meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
x x x
17.54
İyulun 25-də Xəzər dənizinin Nabran ərazisində 4 nəfər dənizdə çimərkən boğulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları suda boğulan şəxslərin meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Hadisə şahidlərinin bildirdiyinə görə, boğulan 4 nəfər bir ailənin üzvləridir.