REGİONLAR


Nabranda itkin düşən 3 yaşlı uşaq tapılıb VİDEO

Xaçmaz, 23 iyul, Elxan Yusifli, AZƏRTAC

Nabrandakı istirahət mərkəzlərinin birində itkin düşən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu sağ-salamat tapılaraq ailəsinə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı şəhər sakini olan 3 yaşlı İsmayıl Novruzov iyulun 22-də günorta saatlarında itkin düşmüşdü.

Axtarışlar zamanı İ.Novruzov itkin düşdüyü yerdən təxminən iki kilometr aralıda, istirahət mərkəzinin yaxınlığındakı çay dərəsində aşkarlanıb.

Ailənin tək övladı olan İsmayıl Novruzovun valideynlərinin sözlərinə görə, meşəlik ərazidə yerləşən istirahət mərkəzində dincələn zaman uşağın yanlarında olmadığını görüblər. Ətrafa baxış zamanı İ.Novruzov tapılmayıb. Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib.

Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki Müdafiə Qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmuşdu.

Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılırdı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.