CƏMİYYƏT


Nadir Xasiyev: Ümummilli Lider mədəniyyətə, incəsənətə xüsusi diqqət göstərirdi

Bakı, 12 dekabr, AZƏRTAC

Dahi şəxsiyyət Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətini yaratdı, qurdu, onun inkişaf yolunu müəyyənləşdirdi. Bu gün tərəqqi edən, dünya ölkələri arasında özünə layiqli yer tutan Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

Bu fikirləri ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Əməkdar artist Nadir Xasiyev AZƏRTAC-a müsahibəsində deyib.

Ulu öndər Heydər Əliyevin böyük xilaskarlıq rolundan danışan N.Xasiyev dahi rəhbərin siyasi irsinin əhəmiyyətini qeyd edib, bu irsin dərindən öyrənilməsinin vacibliyini vurğulayıb.

“Ümummilli lider Heydər Əliyev mədəniyyətə, incəsənətə xüsusi diqqət göstərirdi, ölkəmizdə bu sahənin inkişafında Ulu Öndərin rolu əvəzsizdir. Biz mədəniyyət işçiləri müdrik şəxsiyyət Heydər Əliyevin həmişə qayğısını görmüşük”, - deyə Əməkdar artist bildirib.

N.Xasiyev ümummilli lider Heydər Əliyev ideyalarının əbədiyaşar olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.