CƏMİYYƏT


Nadir Zeynalov: COVID-19-la əlaqədar epidemioloji vəziyyət nəzarət altındadır

Bakı, 20 iyun, AZƏRTAC

Ölkəmizdə koronavirusla əlaqədar epidemioloji vəziyyət stabildir və nəzarət altındadır.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda COVID-19 əleyhinə vaksin ehtiyatı yetəri qədərdir: "Ölkəmizdə vaksinasiya prosesi davam edir. Vaksin ehtiyatı kifayət qədərdir. Ehtiyac olarsa, peyvəndin növbəti partiyası gətiriləcək".

Nazir müavini uşaqlar arasında yayılan influenza xəstəliyinin mövsümü olmadığından azalmaqda olduğunu da diqqətə çatdırıb: "Hazırda bununla bağlı da vəziyyət sabitdir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.