CƏMİYYƏT


Nadir Zeynalov: Koronavirusa qarşı dərmanların ev şəraitində istifadəsi tövsiyə olunmur

Bakı, 10 iyul, AZƏRTAC 

Koronavirusa qarşı dərmanların ev şəraitində müalicə üçün istifadəsi tövsiyə olunmur. Çünki onlar kifayət qədər yan, toksik təsirlərə malik dərman maddələridir. Onlarla müalicə xəstəxana şəraitində aparılmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov deyib.

Bununla bağlı sualı cavablandıran aparat rəhbəri deyib: “Vitaminlər və mikroelementlərə gəlincə, düşünmürəm ki, apteklərdə bununla bağlı qıtlıq olsun. Yüngül əlamətləri olan və poliklinikalarda qeydiyyata alınmış xəstələrə immun sistemini gücləndirən dərmanların, vitaminlərin, bəzi mikroelementlərin pulsuz çatdırılması təşkil olunub və bu proses davam edir. Yəni, xəstələr qeydiyyata alınır, vəziyyətləri dəyərləndirildikcə, həmin dərmanlar onların evlərinə çatdırılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.