İDMAN


Naftalan Reqbi Klubunun açılışı olub

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Naftalan şəhərində Reqbi Klubunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov ölkəmizdə reqbinin inkişafı istiqamətində görülən işlərdən danışıb. O deyib ki, əsas hədəf idmanın digər növlərində olduğu kimi, reqbi üzrə də idmançılarımızın böyük nailiyyətlər əldə etmələrinə şərait yaratmaqdır.

Naftalan, Gəncə Şəhər, Goranboy Rayon Gənclər və İdman idarələrinin rəisləri çıxışlarında uşaq və gənclərin reqbiyə böyük maraq göstərdiklərini qeyd ediblər. Çıxışlarda Naftalan Reqbi Klubunda ölkəmizin idman şərəfini layiqincə qoruyacaq atletlərin yetişəcəyinə əminlik ifadə olunub.

Sonra təlim-məşqlərə start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.