Naftalan gəncləri ümummilli lider Heydər Əliyevi 99-cu ildönümündə hörmətlə anıblar
AzerTAg.az
Naftalan, 10 may, Elcan Məmmədov, AZƏRTAC
Naftalan şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən bir sıra tədbirlər həyata keçirilib.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin təşkilatçılığı ilə gənclər əvvəlcə Naftalan şəhər Heydər Əliyev Mərkəzində yerləşən muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olublar. Gənclərə ulu öndər Heydər Əliyevin həyatı haqqında geniş məlumat verilib.
Sonra ulu öndər Heydər Əliyevin 99 illiyi münasibətilə gənclər arasında intellektual yarış keçirilib.
Sonda Ümummilli Liderə həsr olunan "Dahi şəxsiyyət" filmi nümayiş olunub.







Xəbərin mətnində orfoqrafik səhv var