REGİONLAR


Naftalan nefti və ondan alınan məhsulların standartlaşdırılması üzrə yaradılan texniki komitənin ilk iclası keçirilib

Naftalan, 13 avqust, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Standartlaşdırma İnstitutunun 2020-ci il 29 iyul tarixli əmri ilə “Naftalan nefti və ondan alınan məhsullar” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 29) yaradılıb, əsasnaməsi və strukturu təsdiq edilib.

Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, texniki komitənin yaradılmasında məqsəd Naftalan nefti və ondan alınan məhsulların stimullaşdırılmasından, bu sahə üzrə beynəlxalq standartlar əsasında yeni normativ sənədlərin layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən ibarətdir.

Habelə bu sahədə mövcud olan standartların yenilənməsi və sonrakı istifadəsi ilə bağlı təhlillərin aparılması, eyni zamanda, müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etmək də yeni yaradılmış texniki komitənin fəaliyyət planına daxildir.

Texniki komitənin videokonfrans formatında ilk iclası keçirilib. İclasda Naftalan Şəhər İcra Hakimiyyətinin, FHN-in, Səhiyyə Nazirliyi, Azərbaycan Standartlaşdırma İnstitutu, Naftalan Müalicə və Sağlamlıq mərkəzi və digər dövlət və qeyri-dövlət strukturlarının nümayəndələri iştirak edib.

İclasda Naftalan nefti sahəsində texniki komitə ilə tanışlıq, fəaliyyət strategiyası və planı, həmçinin Nativ Naftalan nefti üçün normativ sənəd müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.