CƏMİYYƏT


Naftalan sanatoriyasında müalicə alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb

Bakı, 19 avqust, AZƏRTAC

Naftalan dünyanın ən unikal sanatoriya mərkəzlərindən sayılır. Neftlə aparılan müalicələr nəticəsində burada 70-dən artıq xəstəlikdən şəfa tapmaq mümkündür. Xüsusilə oynaq, periferik damar, sinir və dəri xəstəlikləri burada daha yaxşı müalicə edilir.

AZƏRTAC xəbər verir ki, Sovetlər birliyi vaxtı hər il sanatoriyada ildə 150 min nəfər müalicə olunurdu.

Naftalan ötən əsrdə qazandığı populyarlığı indi də qoruyur. Təkcə keçən il şəfa mərkəzində dünyanın 60-dan çox ölkəsindən 10 mindən çox adam müalicə kursu keçib. Statistika göstərir ki, neftlə müalicə olunmaq üçün sanatoriyaya üz tutanların sayı ildən-ilə artır.

Sanatoriyada müalicə turizminin inkişafı üçün daha bir neçə layihə həyata keçirilir. Bütün bunların nəticəsində bu il sanatoriyaya üz tutanların sayı ötən ilin müvafiq dövründə olandan 17 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.