CƏMİYYƏT


Naftalan şəhərində şəhid ailələrinin üzvləri və qazilər üçün iftar süfrəsi açılıb

Bakı, 12 may, AZƏRTAC

Naftalan şəhərində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi əlillərinin iştirakı ilə iftar süfrəsi təşkil olunub. İştirakçılar əvvəlcədən COVID-19 testindən keçməklə tədbirə qatılıblar.

AZƏRTAC xəbər verir ki, iftar süfrəsində 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qələbəsindən, Vətən oğullarının qəhrəmanlıqlarından bəhs olunub.

Milli Məclisin deputatı Anar Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məsələsini daim diqqətdə saxlayırlar. Bizim də hər birimizin borcu həssas qrupdan olan insanların problemləri ilə maraqlanmaq və bacardığımız qədər onlara kömək etməkdir. Deputat xalqımızın builki Ramazan bayramını artıq qalib xalq kimi sonsuz iftixar hissi, fərəhlə qeyd etdiyini vurğulayıb.

Mərasimdə müqəddəs Ramazan ayının fəzilətlərindən söz açılaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi ehtiramla yad edilib.

Sonra Ramazan bayramı münasibətilə mərasimdə iştirak edən şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsinin əlillərinə bayram sovqatı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.