REGİONLAR
Naftalan şəhərində təmir-bərpa işləri davam edir
Naftalan, 22 iyun, Elcan Məmmədov, AZƏRTAC
Ölkəmizin sağlamlıq turizminin mərkəzi hesab olunan Naftalan şəhəri ərazisində Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində mütəmadi təmir-bərpa və abadlıq işləri görülür.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, beynəlxalq turizm mərkəzi olan Naftalanda son vaxtlar tikinti-quruculuq işləri geniş vüsət alıb. Şəhərin memarlıq üslubuna xələl gətirən obyektlər müasir formada əsaslı şəkildə yenidən qurulur.
Həmçinin şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzovun sakinlərlə keçirdiyi səyyar görüşlər zamanı sakinlərin qeyd etdiyi problemlərin operativ şəkildə həlli istiqamətində iş aparılır.
Onların arzu və istəkləri nəzərə alınaraq irəli sürdükləri təkliflərin icrası daim nəzarətdə saxlanılır, müraciətlərin operativ şəkildə baxılması və həlli məqsədi ilə icra başçısı tərəfindən yerində baxış keçirilir, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilir.