MƏDƏNİYYƏT


Naftalan şəhərinin turizm inkişaf planı təqdim olunub

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun iştirakı ilə Naftalan şəhərinin turizm inkişaf planının təqdimatı keçirilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Turizm Bürosunun 2020-ci ildə Naftalan şəhəri üzrə nəzərdə tutulmuş fəaliyyət planı açıqlanıb.

Bildirilib ki, fəaliyyət planının məqsədi Naftalan şəhərini turistlər üçün daha cəlbedici etmək, həmçinin Naftalanın mövcud turizm potensialından səmərəli istifadə etməklə bütövlükdə şəhəri turizm məhsuluna çevirmək, müvafiq infrastruktura uyğun xidmətlər təklif etməkdir.

Qeyd olunub ki, müalicəvi Naftalan nefti ilə sağlamlıq turizmi istiqamətində inkişaf etmiş şəhəri müasir kurort mərkəzinə çevirmək və beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək qarşıdakı əsas vəzifələrdəndir.

Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Gəncə Destinasiya Menecmenti Təşkilatının Naftalanda təsis edilmiş nümayəndəliyinin də təqdimatı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.