REGİONLAR


Naftalana gələn turistlərin 37 faizi əcnəbilərdir

Naftalan, 10 avqust, Rauf Hacıyev, AZƏRTAC

Sağlamlıq turizminin beynəlxalq mərkəzlərindən birinə çevrilən Naftalanın turizm obyektlərində bu ilin 6 ayı ərzində 14476 nəfər turist qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ildən-ilə özünün turizm şəhəri kimi şöhrətini genişləndirən Naftalanın turist qəbulu sahəsindəki statistik göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur.

Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, son 3 ildə dünyanın bütün qitələrindən turist qəbul edən Naftalan şəhərinə bu ilin birinci yarısında ayrı-ayrı ölkələrdən, ümumilikdə, 5345 turist gəlib.

Bu da onu göstərir ki, Naftalana gələn turistlərin təxminən 37 faizi əcnəbilərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.