REGİONLAR


Naftalanda Memorial Xatirə Kompleksi ziyarət olunub

Naftalan, 27 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Naftalanda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsinə ucaldılan Memorial Xatirə Kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

Tədbir Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə birlikdə ağacəkmə aksiyası ilə davam etdirilib.

Saat 12:00-da şəhər ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.