REGİONLAR


Naftalanda “Ulu öndər Heydər Əliyevin irsi və Müasir Azərbaycan” adlı konfrans keçirilib

Naftalan, 10 may, Elcan Məmmədov, AZƏRTAC

Naftalan Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ulu öndər Heydər Əliyevin irsi və Müasir Azərbaycan” adlı konfrans keçirilib.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Tədbir ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlanıb.

Konfransda Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Veteranlar Şurasının üzvü, Əməkdar jurnalisti Tahir Məmmədov, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Solmaz Rüstəmova-Tohidi, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının rəhbəri, Ağsaqqallar Şurasının sədri, şəhərin idarə, təşkilat və müəssisə rəhbərləri iştirak ediblər.

Konfransı açan Vüqar Novruzov “Heydər Əliyev siyasətinin təntənəsi: Tarixi Zəfərimiz” mövzusunda çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sədaqəti ilə hər bir kəsə örnək olan, qeyri-adi zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş fenomen tarixi şəxsiyyətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız ərazi bütövlüyünü bərpa etdi və dünyaya göstərdi ki, müqəddəs saydığımız torpaqlarımız üçün hər zaman canımızı qurban verməyə hazırıq. Həmçinin Ümummilli Liderin müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xarici və daxili siyasət kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Digər natiqlər Azərbaycanın uğurlu inkişafının məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edildiyini bildiriblər. Məhz Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, müxtəlif vaxtlarda dünyada baş verən böhranlardan Azərbaycan uğurla çıxa bilib. Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünya dövlətləri sırasında özünəməxsus layiqli yer tutmuş, demokratiya, siyasi sabitlik, müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrilib.

Konfransda, Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto və video materiallarla tanış olublar.

Sonra vətənpərvərlik mövzusunda çəkilən rəsm işləri və Ulu Öndər haqqında kitablardan ibarət sərgiyə baxış keçirilib.

Konsert tədbiri Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” mahnı və rəqs ansamblının konsert proqramı ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.